Qənirə Paşayeva: “Çox üzüldüm...”

Qənirə Paşayeva: “Çox üzüldüm...”
  15 May 2014    Oxunub:1023
“Gənc insanların intihara əl atması insanı dərindən üzür. İsmayıllı rayonun Aşağıbaş kənd sakini, gənc bir insan Tofiq Adıgözəlovun özünü asaraq intihar etməsi çox üzücü bir hadisədir”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva facebook səhifəsində bildirib. Ötən gün İsmayıllı rayonu, Aşağıbaş kəndinin sakini Tofiq Adıgözəlovun intihar edərək həyatına son qoyması millət vəkili Qənirə Paşayevanı da kədərləndirib.

“Gənc insanların intihara əl atması insanı dərindən üzür. İsmayıllı rayonun Aşağıbaş kənd sakini, gənc bir insan Tofiq Adıgözəlovun özünü asaraq intihar etməsi çox üzücü bir hadisə. Allah rəhmət etsin. Yaxınlarına səbr diləyirik. Daha həssas bir toplum olmalıyıq. Onun ölümündən əvvəl facebook səhifəsində yazdığı status dostlarını görəsən narahat edibmi? Ona psixoloji və mənəvi dəstək üçün arayan, dəstək verən olubmu? Bu suallar barədə ciddi düşünməliyik. Görünən odur ki, bu cür insanlar intihardan əvvəl hansısa mesajlar verərək sanki onlara dəstək göstərilməsini istəyirlər. Kimlərinsə onları intihar qərarından vazkeçirməsini istəyir... Bəlkə də bu dəstəyi görməmək də onları daha dərindən üzür və... Bilmirəm... Amma çox üzüldüm. Allah anasına, ailəsinə səbr versin və məncə hamımız bir az daha duyarlı olmalıyıq çevrəmizə, insanlara... Və gənclərin psixoloji olaraq daha güclü olması və yetişməsi üçün ailələrdən, məktəbdən başlayaraq, KİV-də proqramlara qədər daha çox işlər görməliyik. Buna çox böyük ehtiyac olduğu çox açıq görünür”-deyə deputat kədərini bölüşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti