57 əcnəbi imtahan verəcək - TQDK

57 əcnəbi imtahan verəcək - TQDK
  15 May 2014    Oxunub:849
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 18-də I və IV ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları) üçün qəbul imtahanı keçirəcək.
AzVision. az xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran, və Xaçmazda keçiriləcək.

İmtahanda 18 min 773 abituriyent iştirak edəcək. Onlardan 13 856 nəfər I qrup, 4917 nəfər isə IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 17 min 551 nəfəri Azərbaycan bölməsinin, 1222 nəfəri i rus bölməsinin məzunudur. İmtahan verəcək abituriyentlərin 16 810 nəfəri orta ümumtəhsil məktəblərinin, 191 nəfəri ali təhsil müəssisələrinin, 1772 nəfəri isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.

57 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1972-ci ildən, ən gənci isə 1996-cı ildəndir. Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ( həm əvvəlki, həm cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti