“Biz bu nəticəni gözləyirdik” – TQDK sədri
"Biz bu nəticəni gözləyirdik, çünki əvvəlki illərin məzunları adətən aşağı nəticə göstərir. İmtahanda iştirak edənlərin 30%-i 2013-cü ilin məzunlarıdır".
M.Abbaszadə vurğulayıb ki, 2-ci qrupda 2 nəfər, 3-cü qrupda isə 3 nəfər 600-dən çox bal toplayıb. TQDK sədri ən yüksək bal toplayan abituriyentlərin adlarını açıqlamayıb:
"İkinci ixtisas qrupunda 625 bal yığan abituryent 2011-ci ilin məzunudur. O, məzun olduğu il 390 bal yığmışdı. Digər abituriyent isə 612 bal yığıb. O, 2012-ci ilin məzunudur və həmin il 494 bal yığıb. O, ali məktəbə ödənişli əsaslarla qəbul olunmuşdu, amma qeydiyyatdan keçməmişdi. Üçüncü ixtisas qrupundan ən çox bal yığan abituriyent 663 bal yığıb. O, ötən ilin məzunudur və o zaman 563 bal yığmışdı. Qəbul olunsa da, qeydiyyatdan keçməmişdi. 616 bal yığan abituriyent Rusiya Federasiyası orta məktəbinin 2011-ci məzunudur. Bizim imtahanlarda ilk dəfə iştirak edir. 604 bal yığan abituriyent isə 2013-cü ilin məzunudur və həmin il 444 bal yığmışdı".
TQDK sədri həmçinin bildirib ki, mayın 11-də imtahan verən abituriyentlərdən 294 nəfəri ali təhsilli, 2664 nəfər isə orta ixtisas təhsilli olub.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


