Tələbələrin proqram seçimi başa çatdı

Tələbələrin proqram seçimi başa çatdı
  15 May 2014    Oxunub:1083
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçiriləcək qəbul imtahanının ikinci mərhələsində iştirak etmək hüququ olan bakalavrlar üçün proqram seçimi başa çatıb.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, ilkin statistik məlumata əsasən 10 156 bakalavr proqram seçimində iştirak edib:

“Onlardan 8899 nəfəri Azərbaycan bölməsi üzrə, 1257 nəfər isə rus bölməsi üzrə qeydiyyatdan keçib”.

M.Abbaszadənin sözlərinə görə, proqram seçimində ən yüksək müsabiqə yeri 18-ci proqramda olub və 4 nəfər kimya mühəndisliyi ixtisasını seçib: `İkinci yerdə neft-qaz qurğuları ixtisası üzrə bir yerə 2.87 nəfər, üçüncü yerdə coğrafiya ixtisassı üzrə bir yerə 2.58 nəfər sənəd verib. Kompüter elmləri üzrə bir yerə 2.5, hüquq ixtisasına bir yerə 2.32 nəfər. Ən aşağı müsabiqə vəziyyəti dinşünaslıq ixtisasına bir yerə 0.33 nəfər sənəd verib

Fatimə Kərimli



Teqlər:  



Xəbər lenti