Allahşükür Paşazadə Türkiyəyə gedib -ÖZƏL

Allahşükür Paşazadə Türkiyəyə gedib -ÖZƏL
  15 May 2014    Oxunub:2071
“Şeyxin səhhətində heç bir problem yoxdur. Hər şey qaydasındadır. Bunu kimlər yayıb, necə yayıb, bilmirəm. Bəzi jurnalistlərin işləri gücləri yoxdur ki ,belə məlumatlar yayırlar”.

Bunu AzVision.az-a açıqlamasında millət vəkili, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə bildirib.

Onun sözlərinə görə, Şeyx hazırda Türkiyədədir: “Şeyx hazırda Türkiyədədir. Ailə üzvlərinin birini müayinəyə aparıb. Onun heç bir yeri ağrımır, heç başı da ağrımır. Dünən də özü ilə əlaqə saxlamışam, yenə də əlaqə saxlayacam. Həmin ailə üzvü xəstə deyil, sadəcə müayinəyə aparıb. Nəyə görə kimlərsə, kiminsə tapşırığı ilə Şeyxin əleyhinə təbliğat aparır? Belə şeylər yaraşmaz, ən azı Azərbaycanın dini rəhbəridir, ona bu cür hörmətsizlik olmaz”.

Qeyd edək ki, yerli mətbuatda yayılan məlumatlara görə, Allahşükür Paşazadənin səhhətində ciddi problem yaranıb. Hətta onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi iddia edilir.

Nihadə Eyyubova


Teqlər:  



Xəbər lenti