Leyla Yunusun `tualet şousu`: indi də məhkəmədə
Əslində bunun əksi - yəni polisin məhkəməyə müraciət etməsi daha məntiqli olardı. Çünki onlar heç bir qanun pozuntusuna yol vermədən saxlanma aktını həyata keçiriblər. Leyla Yunus isə onları öz vəzifə borclarını yerinə yetirdiyinə görə təhqir edib, təxribata çəkməyə çalışıb, hətta polisin papağını götürüb tullayıb. Buna baxmayaraq, ona yenə də heç kim heç nə deməyib. Halbuki, istənilən ölkədə bunu edən insan məsuliyyətə cəlb olunardı...
Yəqin, Leyla Yunusun məhkəməyə müraciət etməkdə məqsədi `tualet şousu`nu indi də orada davam etdirməkdir. Maraqlıdır, o, məhkəməyə nə deyəcək? `Polislər məni çiş eləməyə qoymurdu, cənab hakim, tutun onları...?`
Tariyel







Vaxtında, Aydın, Lazımlı!


