Məleykə Abbaszadə qızlardan NARAZILIQ etdi

Məleykə Abbaszadə qızlardan NARAZILIQ etdi
  15 May 2014    Oxunub:1043
Tələbə Qəbulu üzrə Dövlət Komisisyasının sədri Məkleykə Abbaszadə imtahan qaydalarını pozan tələbələrə xəbərdarlıq edib.
TQDK sədri bildirib ki, imtahanı əsasən əvvəlki illərin məzunları pozur.

“Keçən imtahanda qayda pozanlar da olub. Növbəti imtahanlar da bu hallar olacaq. Amma xəbərdarlıq edirik ki, heç kimə qayda pozmağa imkan verilməyəcək”.

M.Abbaszadə bildirib ki, növbəti imtahandadaha çox qızlar iştirak edəcək və onlar qaydaları pozmağa daha çox meyl edirlər:

“Onlar belə hesab edirlər ki, qaydanı pozsalar güzəşt ediləcək. Amma bu yanlış düşüncədir. İmtahanda ciddi yoxlama yaradılır. İmtahanda hər hansı telefon işə salınan kimi biz bunu bilirik.Telefonun kimdə olduğunu siqnal vasitəsilə müəyyən edirik. Kiminsə başqa birinin yerinə imtahanda iştirakına, qaydaları pozmasına imkan verilməyəcək”.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti