Ramil Usubovdan kadr dəyişikliyi

Ramil Usubovdan kadr dəyişikliyi
  15 May 2014    Oxunub:1114
Daxili İşlər Nazirliyi sistemində kadr dəyişiklikləri olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Oğuz rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov tutduğu vəzifədən azad edilərək Şamaxı rayonuna polis rəisi təyin edilib. Nazirin digər əmri ilə isə Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin rəisi Cəmil Əmirov Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.(apa)


Teqlər:



Xəbər lenti