Abid Şərifov ağladı - VİDEO

Abid Şərifov ağladı  - VİDEO
  15 May 2014    Oxunub:3147
Türkiyədə kömür mədənində baş verən faciə ilə əlaqədar bu gün Türkiyənin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib.
Mərasimdə Azərbaycan tərəfdən baş nazirin müavini Abid Şərifovla yanaşı tanınmış ictimai-siyasi xadimlər, türkiyənin ölkəmizdə olan iş adamları, diplomatik korpusun nümayəndələri iştirak ediblər. Qonaqlar faciə ilə əlaqədar səfirlikdə açılmış "xatirə kitabı"na ürək sözlərini yazıblar.

Səfir İsmayıl Alper Coşkun deyib ki, Azərbaycanda anım tədbiri "Bir Millət, İki Dövlət" prinsipi ilə keçirilir.Baş nazirin müavini Abid Şərifov çıxış edərək bildirib ki, kömür mədənində baş vermiş partlayış ağır faciədir.Ölən vətəndaşlara Allahdan rəhmət diləyirik. Bizim sevincimiz də, kədərimiz də ortaqdır".

Çıxışı zamanı Abid Şərifov göz yaşlarını saxlaya bilməyib.




Teqlər:  





Xəbər lenti