Mərasimdə iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Mikayıl Zeynalov, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov öz çıxışlarında kömür mədənində baş vermiş partlayışın ağır faciə olduğunu bildirmiş, bu dəhşətli qəza nəticəsində həlak olan vətəndaşlara Allahdan rəhmət diləyiblər.
Anma mərasimində tanınmış ictimai-siyasi xadimlər, Gəncə şəhərində fəaliyyət göstərən türk iş adamları, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Sonra qonaqlar faciə ilə əlaqədar səfirlikdə açılmış “Xatirə kitabı”na ürək sözlərini yazıblar.










Vaxtında, Aydın, Lazımlı!


