`Kurtlar vadisi`ndə Əli Kərimli - REPLİKA

`Kurtlar vadisi`ndə Əli Kərimli - REPLİKA
  15 May 2014    Oxunub:2455
Leyla Yunusun “tualet şou”sundan sonra deyəsən Əli Kərimli də aktyorluq həvəsinə düşüb. O, Leyla Yunusdan ilham alaraq özü üçün yeni şou seçir - “Təqib şousu”.

Əli Kərimlinin ssenari müəllifi olduğu “şou” ilk baxışdan məşhur `Kurtlar Vadisi` serialını xatırladır. Qısametrajlı filmdə baş rolu Kərimli özü ifa edir. O, şouda qabadayı obrazında çıxış edir. Film ilk baxışdan həyəcanlı və qorxulu təsir bağışlayır.

Əli Kərimlinin ərsəyə gətirdiyi şounun sseranisi belədir:

- Əli Kərimli əynində `mafiya babaları` kimi ütüsü göz qamaşdıran qara kostyum qalstuk, dikdaban ayaqqabı geyinib evdən çıxmağa hazırlaşır.

Sürücü qapının ağzında həyəcanla gözləyir.

Saat 10:45-dir. Kərimli asta addımlarla evindən çıxır. Sürücü qapını açır. O, qara rəngli 01 BM 636 nömrə nişanlı maşınına əyləşir. Kərimli arxa oturacaqda əyləşərək qəzet səhifələrinə göz gəzdirir.

Xeyli getdikdən sonra arxaya çevrilir. 10 TC 673 nömrəli maşının onları təqib etdiyini görür.



Kərimli həyəcanla sürücüyə “tez sür, məni izləyirlər” deyərək komanda verir. Sürücü nə etsə də axrada gələn maşından qurtula bilmir.

Az gedirlər, düz gedirlər, nəhayət gəlib RATİ-nin ofisinə çatırlar.

Əli Kərimli əsəbdən qaşlarını çataraq qapının dəstəyindən yapışır. Sürücü: “Əli bəy, maşından düşməyin, onlar silahlıdırlar, sizi vura bilərlər”, deyərək həyacanını gizlətmir.

Ciddi baxışlarla sürücüyə göz gəzdirən Kərimli qəzəblə: “Məni kimsə durdura bilməz” deyərək qapını açıb maşından düşür.

Əli Kərimli iti baxışlarla onu təqib edənlərə doğru hərəkət edir. Zəhimli baxışlardan sonra təqibçilər Əli Kərimli çatmamış maşını işə salıb işıq sürətli ilə ərazidən qaçırlar.

Kərimli bir az rahatlaşır və sürücüyə deyir: “Gördünmü mən sənə deyirdim, kimsə qarşımda dayana bilməz?”.

Təhlükə sovurşur və cənab Kərimli RATİ-də tədbirə qatılır.

Bununla da film başa çatır.

Əli Kərimlinin səbrsizliklə gözlədiyiniz “təqib şou”sunun ssenarisi bax belə idi.

Etiraf edək ki, filmin sonluğunu cənab Kərimli yaxşı fikirləşməyib. Belə filmlərdə qan tökülməsə, silah səsləri eşidilməsə, yumruqlar havada oynamasa maraqlı və inandırıcı olmur. Filmində elə duzu budur.

Görünür, cənab Kərimli Leyla Yunus qədər bu işin ustası deyilmiş. Burda deyirlər, təcrübə öz sözünü deyir.

Neynəyək, bu, Əli Kərimlinin ilk işi olduğu üçün bu dəfə keçmək olar.

Əli Kərimli bu qısametrajlı filmi ilə ən uğursuz nominasiya üzrə “Qızıl moruq” mükafatını da ala bilər.

Məsələyə nə qədər yumorla yanaşsaq da, nə qədər tənqid etsək də partiya sədrinin bu şousu gülün görünür. Videodan da göründüyü kimi Əli Kərimlinin təqib edilməsi xəbəri ucuz reklamdan başqa bir şey deyil.

Axı, Əli Kərimlini təqib etmək kimə lazımdır? İkinci bir sual meydana gəlir: Tutaq ki, Əli Kərimlini kimsə təqdib edir, sizcə onlar bu qədər aşkar şəkildə özlərini ifşa edərlərmi?.

Təbii ki, yox. Daha bir sual oluna bilər.

Əli Kərimlinin təqib olacağını qabaqcadan necə müəyyən edib görüntüləyiblər axı?

Suallara cavab tapmaq elədə çətin deyil. Hər şey çılpaqlığı ilə göz qabağındadır. Görünür, Əli Kərimli müxalifətin uçurumda olduğu bir zamanda belə bir şou ilə özünü reklam etmək, gündəmə gəlmək istəyib.

İşsizlikdən, kasıblıqdan gileylənən AXCP sədrinin bahalı maşını da diqqətdən qaçmır. Əli bəyə haqlı olaraq sual oluna bilər, bu avtomobil sizə haradandır?, yanınızda gəzdirdiyniz cangüdənin, sürücünün aylıq əməkhaqqını necə verirsiniz? Axı siz işləmirsiz, gəliriniz yoxdur?

Bax, bu cəhətdən cənab Kərimlinin bəxti gətirmədi, O, Leyla Yunus kimi şou düzəldib gündəmə gəlmək istəsə də özünü ifşa etdi.

Rüstəm İsmayılov


Teqlər:  



Xəbər lenti