Güllələnən diaspora rəhbərinin işi araşdırılır

Güllələnən diaspora rəhbərinin işi araşdırılır
  15 May 2014    Oxunub:1843
Kiyevdə silahlı basqına məruz qalaraq güllələnən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyevin həyatın üçün təhlükə yoxdur.
AzVision.az-ın məlumatına görə, Ukrayna Qafqaz Xalqları Konqresinin rəhbəri Paşa İlisuyskinin “Facebook” sosial şəbəkəsindəki profilində yazıb.

“Elə indicə xəstəxanadan gəldim. Allaha şükürlər olsun ki, hər şey geridə qaldı. Əməliyyat uğurlu keçdi və bizim qardaşımızın həyatı üçün təhlükə yoxdur. Rövşənlə reanimasiya otağında danışmağa imkan tapdım. Onun sözlərinə görə, ona səsboğucu tapança ilə 4-5 dəfə atəş açılıb. O, güllələrdən yayınmağa cəhd etsə də onlardan biri çiyninə dəyib və sümüyü parçalayıb. Bu sübut edir ki, atəş açanların hədəfi Rövşəni öldürmək olub! Ukrayna polisi xəstəxananı nəzarətə götürüb və palatanı xüsusin təyinatlıların nümayəndələri qoruyurlar. Hazırda faktla bağlı araşdırmalar aparılır və Ukrayna Qafqaz Xalqları Konqresi araşdırmanın nəticələrini diqqətlə izləyir”, – deyə İlisuyski qeyd edib.

Qeyd edək ki, R.Tağıyev dünən Ukrayna vaxtı ilə axşam saat 17:00 radələrində naməlum şəxslər tərəfindən Kiyevin mərkəzi Padol rayonunda güllələnib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  



Xəbər lenti