Azərbaycanda hərbçi tabor komandirini güllələyib

Azərbaycanda hərbçi tabor komandirini güllələyib
  15 May 2014    Oxunub:1610
Azərbaycan Ordusunda qətl törədilib.
AzVision.az apa-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) İlkin Yaşar oğlu Məhərrəmovun tabeliyindəki avtomat silahdan atəş açılıb. Nəticədə güllə tabor komandiri mayor Emil Əlihüseyn oğlu Əsgərliyə dəyib. Zabit aldığı güllə yarasından dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, hərbi prokurorluq tərəfindən araşdırma aparılır


Teqlər:





Xəbər lenti