“Əli Kərimlidə bu qədər pul haradandır?” - YAP-çı deputat

“Əli Kərimlidə bu qədər pul haradandır?” - YAP-çı deputat
  15 May 2014    Oxunub:1595
“Əli Kərimli heç bir yerdə işləmir. Bir qayda olaraq, təbliğ olunduğu partiyanın maliyyə hesabatını da cəmiyyətə açıqlamırlar. Və onun haradan belə bahalı maşına, sürücü və cangüdən saxlanmasına vəsaitin haradan əldə etməsi cəmiyyət üçün maraqlıdır”
Bu sözləri AzVision.az-a açıqlamasında YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə AXCP sədri Əli Kərimlinin izlənilməsi ilə bağlı iddialarına münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, bu videokadrda millət vəkilini daha çox maraqlandıran Əli Kərimlinin bahalı maşını olub: “Əli Kərimliyə məsələnin aydınlaşdırılması maraqlı deyil. O, sadəcə bu tip görüntünün marağındadır. Həmin videogörünütüyə baxdım. Əli Kərimli bahalı bir maşında cangüdənlərlə, ayrıca sürücüsü olmaqla hərəkət edir. Maraqlıdır ki, onda bu qədər pul hardandır? Əli Kərimli heç bir yerdə işləmir. Bir qayda olaraq, təbliğ olunduğu partiyanın maliyyə hesabatını da cəmiyyətə açıqlamırlar. Və onun haradan belə bahalı maşına, sürücü və cangüdən saxlanmasına vəsaitin haradan əldə etməsi cəmiyyət üçün maraqlıdır. Hələ mən bunun partiya və ailə xərclərini demirəm. Hesab edirəm ki, belə bir video bu gün onun əleyhinə işləyir, istər -istəməz bu tip sullar çıxır və belə suallara nə Əli Kərimli, nə də onun ətrafı cavab verməkdə maraqlı deyil”.

Deputat bildirib ki, bu tip videonun yayılmasında Əli Kərimlinin xüsusi məqsədi var.

“Burada müxtəlif variantlar ola bilər. Amma hər halda məsələnin araşdırılmasının tərəfdarıyam. Əgər doğurdan da belə bir hadisə baş veribsə, Əli Kərimli vətəndaş kimi hüquq-mühafizə orqanlarına müraciət etsin. Hətta bu reklamdırsa, çox uğursuz reklamdır. Əli Kərimliyə mənfi təsir edəcək bir reklamdır”.

Nihadə Eyyubova


Teqlər:  



Xəbər lenti