Nazirin vətəndaşlarla görüşəcəyi vaxt dəyişdi

Nazirin vətəndaşlarla görüşəcəyi vaxt dəyişdi
  16 May 2014    Oxunub:1188
Təhsil naziri Mikayıl Cabbarov Salyan şəhərində vətəndaşlarla görüşəcək.

Məlumata görə, nazirin Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında yaşayan vətəndaşlarla görüşəcəyi vaxtda dəyişiklik edilib. Belə ki, təhsil naziri Mikayıl Cabbarov 26 may tarixində saat 11:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

Qeyd edək ki, 29, 30 aprel və 1, 2 may 2014-cü il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng edərək və ya “Elektron müraciət” bölməsi https://azvision.az/redirect.php?url=http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə qeydiyyatdan keçmiş vətəndaşlar 26 may 2014-cü il tarixində qəbul ediləcəklər.


Teqlər:



Xəbər lenti