Metroda yanğın - sərnişinlər təxliyyə edildi - FOTOLAR

Metroda yanğın - sərnişinlər təxliyyə edildi - FOTOLAR
  16 May 2014    Oxunub:2009
Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.
AzVision.az xəbər verir ki, metronun Həzi Aslanov – Dərnəgül istiqamətində hərəkət edən qatarılarıdan birində yanğın baş verib.
Hadisə Koroğlu stansiyasında baş verib. Yanğının qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları stansiyaya cəlb olunublar.

Sərnişinlər dərhal qatardan təxliyə ediliblər.

Hadisə ilə əlaqədar metronun digər stansiyalarında da sərnişin sıxlığı yaşanıb. Sərnişinlər yarım saata yaxın qatar gözləməli olublar.

Hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür.





AzVision.az


Teqlər:  



Xəbər lenti