Bahar Muradova həmsədrlərə çağırış etdi

Bahar Muradova həmsədrlərə çağırış etdi
  16 May 2014    Oxunub:923
`ATƏT-in Minsk qrupunun Kəlbəcərə səfəri bizim üçün maraqlıdır`
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. O bildirib ki, əvvəllər də faktaraşdırıcı missiya bölgədə olub. İşğal altında olan torpaqlardakı vəziyyət, Ermənistan silahlı qüvvələrinin vandal hərəkətləri müşahidə olunub:

"Uzun bir müddətdir ki, belə bir missiyanın gəlişini tələb edirdik. Çünki ərazidə qeyri qanuni məskunlaşdırma aparılır. Suriyadan olan köçkünlər, dünyanın başqa ölkələrindən gələn ermənilər məcburi qaydada Azərbaycanın işğal altında olan torpaqlarında məskunlaşdırırlar. Bu da beynəlxalq konvensiyalara ziddir".

Bu məsələnin Azərbaycan tərəfindən beynəlxalq təşkilatlar və ATƏT qarşısında qaldırıldığını deyən vitse spiker söyləyib ki, indi bölgəyə yeni səfər olacaq və Kəlbəcərə baxış keçiriləcək: "Düşünürəm ki, onlar bizim söylədiklərimizə yerindəcə əmin olacaqlar. Bu faktlar Minsk qrupunun hesabatlarında əksini tapacaq. Çox arzulayardım ki, yalnız səfərdə qeydə alınmış faktlardan yox, əvvəllər qeydə alınmış faktlardan konkret nəticələr çıxarılardı".

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti