“Laçını müdafiə edə bilmədik” – İcra başçısı

“Laçını müdafiə edə bilmədik” – İcra başçısı
  16 May 2014    Oxunub:1172
“22 il ərzində bütöv bir nəsil laçınlılar doğma torpaqlarından kənarda böyüyüb” .
Azvision.az xəbər verir ki, bunu Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov deyib. O bildirib ki, Şuşanın işğalından sonra Laçının müdafiəsi çətinləşib və Laçına Dağlıq Qarabağ və Ermənistan istiqamətindən müasir silah və texnika ilə hücum başlayıb.

A. Səlimov qeyd edib ki, bir ay ərzində bir neçə hakimiyyət dəyişikliyinin baş verməsi fonunda Laçının müdafiəsini təşkil etmək mümkünsüz olub.

İcra başçısı laçınlı məcburi köçkünlərə diqqətdən söz açaraq, bildirib ki, yaxın vaxtlarda 1500 ailə üçün qəsəbənin inşasına başlanılacaq.

O, Horadiz uğrunda döyüşlərdə də laçınlıların qəhrəmanlıq göstərdiyini söyləyib: “Horadiz uğrunda döyüşlərdə 300 nəfərdən ibarət Laçın polis dəstəsi döyüşüb, onlardan 3 nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb”.

A. Səlimov həmçinin Laçın və digər işğal altındakı torpaqlarımızın mütləq azad ediləcəyini vurğulayıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti