“Rusiya passivdir” – Bahar Muradova

“Rusiya passivdir” – Bahar Muradova
  16 May 2014    Oxunub:1221
“ABŞ və Fransanın fonunda Rusiya passiv görünür”
AzVision.Az xəbər verir ki, bunu jurnalistlərə Milli Məclisin vitse spikeri Bahar Muradova deyib. O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətləri bir-birini təkrarlayır və buna görə də onların fəaliyyətinə ayrılıqda münasibət bildirmək, münaqişənin ayrıca bir detalına münasibət bildirmək kimidir:

“Çox təəssüf ki, həmsədr ölkələr digərinin passivliyi fonunda fasilə ilə fəllaşırlar. Bundan əvvəl Rusiya, daha əvvəl isə ABŞ fəal idi. Amma indi ABŞ və Fransanın fonunda Rusiya passiv görünür. Bu fəallaşma kordinasiya olunmuş formada həyata keçirilməlidir. Verilən bəyanatlar da bir-biri ilə razılaşdırılaraq verilməlidir. Hər halda bu istənilən halda Minsk qrupunun mövqeyidir”.

Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərindən danışan B.Muradova deyib ki, prezidentin ilk səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə səbəb olacaq:

“Amma əminəm ki, Olland Azərbaycanda real vəziyyətlə tanış oldu. O, öz mövqeyində konkretləşmə yarada biləcək”.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti