Korrupsiyaya Qarşı Mübarizə Komissiyasından YENİLİK

Korrupsiyaya Qarşı Mübarizə Komissiyasından  YENİLİK
  16 May 2014    Oxunub:999
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası maraqlı bir yenilik tətbiq edib. Belə ki, Komissiya bundan sonra rüblük fəaliyyəti barədə hesabatları E-bülletenlər şəklində yayımlayacaq.

Bu E-bülletenlərdən birincisi artıq Komissiyanın saytında yerləşdirilib. Bülletenlə BURADAN tanış olmaq olar.

E-bülletendə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş ümumi tədbirlər, o cümlədən, son dövrlərdə atılan önəmli addımlar barədə məlumatlar rəsmi sənədlər üçün yenilik olan tezis formasında ictimaiyyətə təqdim edilir. Bununla da bülletenlə tanışlıq daha rahat olub və görülən işlər barədə hesabat xeyli asan şəkildə anlaşılır.

Komissiyanın internet səhifəsindən E-bülletenin ingilis dilində olan versiyası da əldə edilə bilər.

Bundan sonra rüblük E-bülletenlər mütəmadi olaraq ictimaiyyət üçün açıqlanacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti