“Ermənistan dünyaya meydan oxuyur”

“Ermənistan dünyaya meydan oxuyur”
  16 May 2014    Oxunub:1079
"Ermənistan dünyaya meydan oxuyur, qərarlara məhəl qoymur".
AzVision.az xəbər verir ki, bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

O, Azərbaycan gənclərinin hərbi vətənpərbərlik hislərinin inkişafından danışıb: "Bu hissin güclənməsinə Azərbaycan mediası da qoşulub. Bizim yeganə problemimiz Dağlıq Qarabağ və qaçqınların problemidir. Bu problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur. Amma hələ ki, qəbul olunmuş qərarlara Ermənistan tərəfi məhəl qoymur və dünyaya meydan oxuyur. Çünki bu dünya ölkələrinə də sərf edir".

Ə.Həsənov qeyd edib ki, Laçın starteji əhəmiyyət kəsb edən bir bölgədir. Laçın əhalisinin mənşəyi türkdür: "Laçınlılar çox cəsur və mərd insanlardır. Ermənilər elə o zamandan laçınlıları tanıyırdılar, onların mərdliklərini bilirdilər. Təəssüf ki, Heydər Əliyev vəzifədən uzaqlaşandan sonra onlar öz çirkin niyyətlərinə nail oldular, Laçın dəhlizini açdılar".

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti