Əli Həsənov həmsədrləri “yıxıb-sürüdü”

Əli Həsənov həmsədrləri “yıxıb-sürüdü”
  16 May 2014    Oxunub:901
“Hər həmsədr 3-4 il çalışır, bölgəyə turist səfərləri edir, böyük maaşlar alır, sonra da gedir. Bunlar kimə lazımdır?”.

Azvision.Az xəbər verir ki, bu fikirləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanın işğal olunmuş rayonlarına növbəti missiya səfərində nə məqsəd güddüyü sual altındadır. Əvvəlki səfərlərin nəticəsi nə olub? Bütün bu yeni təkliflər, prinsiplər, səfərlər münaqişənin həllinin uzadılmasına yönəlib”.

Ə.Həsənov bildirib ki, 2010-cu ildə faktaraşdırıcı missiya işğal olunmuş rayonlarda 14 min erməninin məskunlaşdırıldığını açıqlayıb, daha sonra bu rəqəm 18 min nəfər göstərilib. "Ancaq Azərbaycan tərəfində olan məlumata görə, ümumiyyətlə, işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşma 25 min nəfərə qədər idi. ATƏT-in faktaraşdırıcı missiyasının son hesabatını dərc etməsindən 4 il keçir".

Ə.Həsənov vurğulayıb ki, heç bir dövlət bu kimi məsələlərdən sığortalanmayıb: “Ona görə də xalqımızın həmrəyliyi vacibdir. Azərbaycan prezidenti xalqımıza arxalanaraq bu işi görür. Biz işğal altındakı rayonlara, Laçına mütləq qayıdacağıq. Bizim yolumuz düz yeganə yoldur. Azərbaycana bu qədər dikilən gözlərin içində prezidentimiz ölkəni stabil vəziyyətdə saxlaya bilib. Torpaqda güzəşt yoxdur. Azərbaycan prezidentinə axralanaraq torpaqlarımıza qayıdacağıq".

Baş nazirin müavini Fransa prezidentinin Azərbaycana səfərindən də danışıb.

"Fransu Olland belə bir fikir səsləndirib. Qarşılıqlı etimaddan və hörmətdən danışıb. Məgər ermənilərlə aramsızda etimad olmayıb? İllərlə ən gözəl torpaqlarımızda yaşamayıb, bütün vəzifələrdə təmsil olunmayıblar? Qarşılıqlı etimad necə olur? Ermənistana əvvəllər gözün üstə qaşın var deyən olub? Bəlkə bir erməninin burnu qanayıb?".

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti