Meriyanın qərarı Müsavatı çətinə saldı

Meriyanın qərarı Müsavatı çətinə saldı
  16 May 2014    Oxunub:913
“Qurultayla bağlı məsələ müzakirə olunacaq və qərar veriləcək”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib.

Onun sözlərinə görə, partiya hələ öz qərarını verməyib. Müzakirə aparıldıqdan sonra Müsavat qərarını açıqlayacaq.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının qurultaya yer ayrılması ilə müraciətinə cavab verib. Meriya Müsavata icaza verərək qurultay üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evini təklif edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti