"Qiymətləri dağın başına qaldırıblar” - Deputat narazıdır

"Qiymətləri dağın başına qaldırıblar” - Deputat narazıdır
  16 May 2014    Oxunub:819
Parlamentin bugün iclasında millət vəkili Fazil Mustafa uşaqlara diqqət və qayğının daha da artırılması ilə bağlı təkliflə çıxış edib.
Deputat qeyd edib ki, Azərbaycan kifayət qədər zəngin olan ölkə olsa da, uşaqlara qayğı və diqqət çox azdır:

"Ona görə də uşaqlarla bağlı körpələr evini, bağçaları ayrıca kateqoriya kimi götürməyimiz düzgün deyil. Uşaqlarla bağlı musiqi məktəblərini də nəzərə almaq lazımdır. Eyni zamanda sahibkarları stimullaşdrımaq lazımdır ki, uşaqların texniki zəkasının inkişaf etdirən sahələrə də yatırım etsinlər. Bunun üçün də vergi yükünün azaldılmasına baxılmalıdır. Bu sahələri düşünməyə ehtiyac var. Körpələr evlərinə müəyyən dərəcədə diqqət yetirilir. Bağçaların qiymətlərini dağın başına qaldırıblar. Eyni zamanda rəsmi puldan əlavə, qeyri-rəsmi pul da var.

Mənə nə qədər müraciət edirlər ki, bağça müdirinə zəng et, mənim uşağımı bağçaya götürsünlər. Bu gün nə qədər uşaq bağçaya getmir. Bunlara diqqət edilməlidir”,-deyə F.Mustafa qeyd edib.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti