Milli Məclis 2 növbədənkənar sessiya çağıracaq

Milli Məclis 2 növbədənkənar sessiya çağıracaq
  16 May 2014    Oxunub:1063
Milli Məclisin növbəti plenar iclasının vaxtı müəyyənləşib. AzVision.az-ın məlumatına görə, parlamentin yaz sessiyası çərçivəsində sonuncu iclası mayın 30-a təyin edilib.
Eyni zamanda, sessiyasının müddəti artırılacaq. Əldə etdiyimiz məlumata əsasən, parlamentin 2 növbədənkənar sessiyası çağırılacaq.

Millət vəkili Zahid Oruc isə bildirib ki, sessiya parlament üzvlərinin 2/3-nin müraciəti əsasında keçiriləcək və bununla bağlı müəyyən təşəbbüslər də var.

Sevinc İltifatqızı


Teqlər:



Xəbər lenti