“SABAH qrupu ali təhsilin brendidir” – Cəsarət Valehov
O qeyd edib ki, adıçəkilən qruplarla bağlı qısa müddət ərzində xeyli işlər görülüb. Nazirlik rəsmisinin sözlərinə görə, Təhsil Nazirliyi kadr potensialını “Sabah” qrupları vasitəsi ilə həll etmək istəyir. “Bu cür qrupların yaradılması Azərbaycanda bazarın tələblərinə xidmət edəcək. Bura 30-dan artıq universitetin 20 minə yaxın tələbəsi qatılacaq”.
Nazirliyin sektor müdiri Sülhəddin Gözəlov vurğulayıb ki, 8 baza-universitetdə yaranacaq bu qruplarda tələbələr 53 ixtisas qrupunda təmsil olunacaq:
“Bu ixtisaslara iqtisadiyyat və ölkə üçün prioritet ixtisaslar - sənaye, təhsil və digərləri daxildir. İlk olaraq növbəti tədris ilində 1300 tələbə II kursdan SABAH qruplarında təhsil ala biləcək. Aztəminatlı ailələrdən olan tələbələr yataqxana və yeməklə təmin olunacaq. “SABAH” qrupunun tələbələri üçün həm tədris fərqli olacaq, həm də əlavə imkanlar yaradılacaq. Bu gün ali məktəblərinin yataqxanası yoxdur”.
Nazirliyin sektor müdiri Cəsarət Valehov isə qeyd edib ki, “SABAH” qrupu Azərbaycanda ali təhsilin brendidir: “Bu cür qrupların məqsədi bacarıqlı, savadlı kadrların yetişdirilməsidir. Xaricdə təhsil almaqdansa, “Sabah” qruplarında təhsil almaq daha yaxşı haldır”.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


