Prezident kralı təbrik etdi

Prezident kralı təbrik etdi
  17 May 2014    Oxunub:885
Azərbaycan Prezidenti İlham Əliyev Norveç Kralı V Haralda təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Norveç Krallığının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Norveç arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edərək bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram".


Teqlər:



Xəbər lenti