Sabah 38 dərəcə isti olacaq
Bildirilib ki, mayın 18-də Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı gözlənilir. Hava əsasən yağmursuz olacaq, axşam havanın dəyişkən buludlu olacağı proqnozlaşdırılır. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 16-20, gündüz 28-33 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru dağlıq və dağətəyi rayonlarda şimşək caxaçağı, qısamüddətli yağış yağacağı ehtımalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturunun gecə 16-21, gündüz 33-38, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.







Vaxtında, Aydın, Lazımlı!


