Sumqayıtda bədbəxt hadisə

Sumqayıtda bədbəxt hadisə
  17 May 2014    Oxunub:1123
Sumqayıt şəhər sakini hərəkətə gəlmiş avtomobilin onu darvazaya sıxması nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 16-da Sumqayıt şəhər sakini Natiq Əkbərov idarə etdiyi "YAC" markalı avtomobili təmir etmək məqsədi ilə şəhərin Metallurq küçəsində yerləşən qaynaq sexinə salmaq üçün avtomobildən düşüb sexin darvazasını açmaq istəyərkən avtomobil hərəkətə gəlib və onu darvazaya sıxıb. Nəticədə N.Əkbərov hadisə yerində ölüb.

AzVision.az


Teqlər:





Xəbər lenti