Əbülfəs Qarayev diplomatları şimal bölgəsinə aparacaq

Əbülfəs Qarayev diplomatları şimal bölgəsinə aparacaq
  17 May 2014    Oxunub:906

Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycanda fəaliyyət göstərən 30 ölkənin diplomatik nümayəndəlikləri üçün Quba və Qusar rayonlarında cari ilin 20-21 may tarixlərində infotur keçirəcək.
AzVision.az-ın verdiyi məlumata görə, iki gün davam edəcək infoturda Səfirliklərin nümayəndələri Azərbaycanın, xüsusilə də Quba-Qusar bölgəsinin zəngin turizm potensialı, tarix-memarlıq abidləri, milli mətbəxi və adət-ənənələri ilə tanış olacaqlar.


Qeyd edək ki, ölkəmizin turizm potensialı ilə tanışlıq və təbliğat məqsədilə bu cür turların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti