Dövlət başçısı Mingəçevirə 3 milyon manat ayırdı

Dövlət başçısı Mingəçevirə 3 milyon manat ayırdı
  18 May 2014    Oxunub:1176
Dövlət başçısı İlham Əliyev “Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

AzVision.az-ın xəbərinə görə, Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.



Teqlər:





Xəbər lenti