Laçının işğalından 22 il keçir

Laçının işğalından 22 il keçir
  18 May 2014    Oxunub:953
Azərbaycan Respublikasının Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 22 il keçir.
1992-ci il mayın 18-də Laçının işğalı ilə Ermənistan Dağlıq Qarabağdakı separatçılarla birbaşa əlaqəsini təmin etdi.

Bu gün artıq 22 ildir ki, 60 mindən çox laçınlı Azərbaycanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq məcburi köçkünlük həyatı yaşayır.

Əhəmiyyətli geostrateji mövqeyə, zəngin iqtisadi potensiala malik, 1835 kvadrat kilometr ərazisi olan Laçının müdafiəsi zamanı 267 laçınlı şəhid olmuş, yüzlərlə insan yaralanmış, 871 uşaq yetim qalmışdır. İşğaladək rayonun 1 şəhər, 1 qəsəbə və 125 kəndində 63 min nəfər əhali yaşayırdı.

Laçın rayonundakı 13 min 745 fərdi ev, 48 sənaye, 61 kənd təsərrüfatı obyekti, 101 məktəb, 5 məktəbdənkənar və 2 məktəbəqədər müəssisə, 1 peşə məktəbi, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 30 rabitə qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb.

Bundan əlavə, 20 müalicəvi su mənbəyi, mərmər, əhəng, bülöv daşı, qızıl, uran yataqları və s. faydalı qazıntılar ermənilər tərəfindən mənimsənilib.


Teqlər:





Xəbər lenti