ANS Azad Rəhimovla BARIŞDI

ANS Azad Rəhimovla BARIŞDI
  19 May 2014    Oxunub:1041
Azad Rəhimova suallar göndərmişdik. Cavabları almışıq. Bu jurnalistikaya, tamaşaçıya, oxucuya hörmətdir.
ANS-in `Hesabat` verilişində Mirşahin Ağayev gənclər və idman naziri Azad Rəhimovla telekanal arasında yaranan söz duelinə aydınlıq gətirib.

AzVision.az-ın məlumatına görə, Mirşahin nazirə ünvanlanan suallara cavab aldıqlarını açıqlayıb. Jurnalist daha sonra qeyd edib ki, təmsil etdiyi ANS telekanalı kimliyindən aslı olmayaraq heç bir məmura qarşı kampaniya aparmır.

-Müəmmalı imamların minbər gecə nağıllarındakı baş alladan almaların vəd etdiyi cəhənnəmə aparan mənzilbaşılarının ağlına inanmıram.

İmanlı gənclərimiz də gərək inanmasınlar. Amma sözün düzü, gənclərə bir söz deyəndə də adam bir az çəkinir, düşünürsən ki, sabah hansısa sayt başa çıxaracaq: ANS gənclər və idman naziri Azad Rəhimovu yenə vurdu!

Məsələn, bir neçə həftə əvvəl gənclər və idman naziri Azad Rəhimova suallar göndərmişdik. Cavabları almışıq. Bu jurnalistikaya, tamaşaçıya, oxucuya hörmətdir. Məncə, Gənclər və İdman Nazirliyinin mediaya və mətbuata bu növ yanaşması digər nazirliklərə də nümunə olmalıdır. Sual verilirsə, ona cavab vermək lazımdır, məhkəməyə vermək yox.

Vurmaq məsələsinə gəlincə, ANS heç kimi vurub eləmir. Bizlik deyil. ANS-in prezidenti və Gənclər və İdman Naziri arasında əla münasibətlər var. Ortada suallar var idi, indi cavablar da var. Bu gün bu barədə danışmağa vaxtımız çatmadı. Gələn “Hesabat”da elə burda görüşürük və mən sizə həmin cavabları təqdim edəcəm. Yəni biz öz işimizi görürük. Daha doğrusu, biz işləyirik. Siz görürsünüz. Vəssəlam.


Teqlər:  





Xəbər lenti