Zaur Hüseynov metroda reydə çıxdı - ÖZƏL

Zaur Hüseynov metroda reydə çıxdı - ÖZƏL
  19 May 2014    Oxunub:1009
“Bakı Metropoliteni” QSC-nin rəisi Zaur Hüseynov təyinatından sonra ilk dəfə metroda görünüb.

AzVision.az-ın əməkdaşının verdiyi məlumata görə, metropoliten rəisi bu gün səhər saatlarında “Elmlər Akademiyası” stansiyasında platformada dayanaraq qatarların hərəkətini izləyib, hərəkət qrafikini yoxlayıb.

Metropolitenin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Z.Hüseynov hər gün metronun hərəkətinə nəzarət edir.

“Bu ilk dəfə deyil ki, Zaur Hüseynov metroda görünür. O, hər gün platformalarda olur, depoya gedir, ordakı işlərlə tanış olur. İclaslar müşavilərlə keçirir. Zaur Hüseynov təmir gedən yerlərlə tanış olur. Yəni bundan adi nə heç nə ola bilməz. Metropolitenin rəisi metroda olmalıdır”.

Nihadə Eyyubova
AzVision.az



Teqlər:  





Xəbər lenti