İmtahan nəticələri yaxın günlərdə AÇIQLANACAQ

İmtahan nəticələri yaxın günlərdə AÇIQLANACAQ
  19 May 2014    Oxunub:1127
TQDK mayın 18-də I və IV ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün qəbul imtahanı keçirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, may ayının 18-də əvvəlki illərin məzunları olan abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirib.

Bildiriblər ki, imtahanlar respublikanın 11 şəhərində ümumilikdə 34 imtahan mərkəzində təşkil olunub. İmtahan prosesi bütün mərkəzlərdə təlimata uyğun aparılıb, iştirakçıların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı həyata keçirilir. Yaxın günlərdə nəticələrin elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan nəticələrinin elan olunmasına dair ilkin məlumatlar facebook səhifəmizdə veriləcək.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti