Baş nazir Artur Rasizadə "Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında" Nazirlər Kabinetinin qərarına dəyişiklik edib.
AzVision.az xəbər verir ki, Baş nazirin qərarına əsasən, Azərbaycan Respublikasının ərazisindən dəmiryol nəqliyyatı və ya avtonəqliyyat vasitəsi ilə tranzitlə keçən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədboyu zonada dayanması qadağan edilib.