Azərbaycanın ən böyük hüquqşünas-tələbə təşkilatı hesabat verdi – FOTOLAR

Azərbaycanın ən böyük hüquqşünas-tələbə təşkilatı hesabat verdi – FOTOLAR
  19 May 2014    Oxunub:1389
18 may 2014-cü il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin (ELSA Azərbaycan) III Hesabat-Seçki Konfransı keçirilib.

Hesabat-Seçki Komissiyasının sədri Seyfəlpaşa Əliyev bildirib ki, müvafiq olaraq, Prezident , Seminar və Konfranslar üzrə vitse-prezident vəzifəsi üçün 3, Marketinq və Akademik fəaliyyətlər üçün vahid namizəd qeydiyyatdan keçib.

Öncə təşkilatın hazırkı sədri Sirac Sultanlının 2013-2014-cü akademik il üçün hesabatı dinlənilib. Qeyd olunub ki, təşkilat bu il Azərbaycan Gənclər Sammiti, Səhnələşdirilmiş Məhkəmə Prosesləri müsabiqəsi, Norveç-Azərbaycan təhsil səfəri kimi genişmiqyaslı layihələr həyata keçirib.

Sədrin sözlərinə görə, təşkiatın ən vacib uğuru ELSA-nın Maltada keçirilən Beynəlxalq Şura Toplantısında 2015-ci il Beynəlxalq Prezidentlər Toplantısı üçün Azərbaycanın ev sahibi seçilməsindən ibarətdir. Bunun nəticəsində növbəti ilin Fevral ayında ELSA-nın Beynəlxalq heyətilə yanaşı, üzv dövlətlərin nümayəndəliklərinin sədrləri Bakıya toplanacaqlar. Bu isə tədbirin ölkə əhəmiyyətli olacağı deməkdir.

Bundan sonra namizədlərin platformaları dinlənilib. Ardınca səsvermə keçirildi. Ümumilikdə səsvermədə 118 şəxs iştirak edib.

Səsvermənin nəticələrinə görə, Bayram Orucov təşkilatın sədri, Könül Bədəlova, Faiq Ömərov və Pərvin Ənvərli sədr müavinləri seçildilər.

Qeyd edək ki, Azərbaycan artıq 3 ildir ki, ELSA-nın tamhüquqlu üzvüdür.

AzVision.az






Teqlər:  





Xəbər lenti