`Leyla Yunus kimiləri cavabını alacaq`

`Leyla Yunus kimiləri cavabını alacaq`
  19 May 2014    Oxunub:1458
“Human Rights Watch” kimi təşkilatlar az deyil. Bu qurumlara Leyla Yunus kimilər yalan məlumatlar ötürürlər. Nə qədər ki, belələri var, bu cür hesabatlar da olacaq”.
AzVision.az xəbər verir ki, bu fikirləri millət vəkili Məlahət İbrahimqızı hakim partiyanın saytına müsahibəsində bildirib.

Deputat qeyd edib ki, özünü hüquq müdafiəçisi kimi qələmə verən L.Yunus Azərbaycan əleyhinə fəaliyyət göstərir.

“Leyla Yunusun torpalarımızın işğalında əli olması, erməni tərəfinə məlumatlar ötürməsi heç kimə sirr deyil. Amma bütün hallarda, bu cür fəaliyyətlə ölkəmizi öz yolundan döndərmək mümkün deyil. Azərbaycan dövlətinə xələl gətirmək istəyən qüvvələr cavabını alacaq. Çünki Azərbaycan güclü dövlətdir”.

Xanım deputat daha sonra “Human Rights Watch” təşkilatının Azərbaycanla bağlı hesabatına da münasibət bildirib.

“Belə hesabatlar ilk dəfə deyil. Bu hesabatların arxasında Azərbaycanın inkişafını istəməyən, ermənipərəst qüvvələr dayanır. Bu gün hər kəs görür ki, ikiüzlü dünya var. Ona görə də, müstəqil siyasət həyata keçirən dövlətlərə təzyiqlər olur. “Human Rights Watch” kimi təşkilatlar QHT-dir, hansısa dövlətlətin rəsmi mövqeyini ifadə etmirlər. Sadəcə olaraq, onlar ictimai rəylərdə çaşqınlıqlar yaradırlar. Belə halların qarşısını almaq üçün ölkəmizdə bütün səviyyələrdə işlər gedir. Biz bu gün hücum mövqeyindəyik. Öz müstəqil siyasətimizlə hər hansı təzyiq cəhdlərinə tutarlı cavab veririk”-deyə M.İbrahimqızı qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti