Zakir Qaralov həmməruzəçilərlə görüşdü

Zakir Qaralov həmməruzəçilərlə görüşdü
  19 May 2014    Oxunub:1841
Mayın 19-da Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirən Baş prokuror həmməruzəçilərin respublikamıza növbəti səfərinin Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlaması ilə eyni vaxta təsadüf etməsini xüsusi vurğulayaraq ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, müasir informasiya texnologiyalarının geniş tətbiqi və şəffaflığın təmin edilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin korrupsiyaya qarşı mübarizədə uğurlu model olmasını vurğulayan Baş prokuror ölkəmizdə korrupsiyaya qarşı mübarizənin ardıcıl, kompleks və sistemli şəkildə davam etdirilməsini, əldə edilmiş nailiyyətlərin bu sahədə ixtisaslaşmış nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdir edildiyini diqqətə çatdırıb.

AŞPA ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan və bu əlaqələrin daha da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən həmməruzəçilər Azərbaycanı Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsinə ciddi və yüksək səviyyədə hazırlıq prosesini keçmiş bir ölkə kimi dəyərləndirərək məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları, xüsusilə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülmüş işləri yüksək qiymətləndirdilər.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az



Teqlər:





Xəbər lenti