“Atletiko”nun baş məşqçisindən Azərbaycana təşəkkür

- Təbrikə görə təşəkkür edirəm. Biz komandamızın uğurlarına görə çox xoşbəxtik. Hər gün çalışırıq ki, daha yeni nailiyyətlərə imza ataq. Qalib gəlmək asan deyil, amma çempion adını qorumaq həmişə daha çətin olur. Üzərimizdə məsuliyyət çoxalıb. İndi bizdən daha çox şey gözləyirlər. Heç bir qələbə bizi arxayınlaşdırmır. Hər gün bir az daha artıq səylə məşq edirik.
- Atletikodakı təcrübəniz sizə nəyi öyrətdi?
- Bu fəaliyyət mənə yarımçıq işləri sona çatdırmağı, səhvlərimi görməyi və düzəltməyi, qırılmış ümidləri bərpa etməyi öyrətdi.
- Sizin xüsusi bir oyun üslubunuz varmı? Yəni Simeone üslubu deyiləcək bir üslub.
- Bu oyunda sabit bir üslub olmur. Oyunçular hər gün daha artıq əziyyət çəkir, yeni şeylər öyrənirlər. Hər bir məşq yeni dərsdir.