“Əflatun Amaşov susmamalı idi” - İRAD

Ekspertin sözlərinə görə, Mətbuat Şurasının sədri kimi Əflatun Amaşov Elçin Şıxlının çağırışına reaksiya verməli idi: “Düşünürəm ki, Əflatun Amaşov bütün hallarda “Zerkalo” qəzetinin problemlərinə bir reaksiya verməli idi. Əflatun Amaşov üzərində müəyyən mənəvi yük daşıyan adamdır. Bütün hallarda o, “Zerkalo” qəzetinin probleminə, Elçin Şıxlının çağırışına reaksiya verməli idi”.
Q.Məhərrəmli hesab edir ki, “Zerkalo” qəzetinin Mətbuat Şurasından çıxması məntiqə uyğun bir addımdır.
“Çünki bu cür qurumlar sırf formal xarakter daşıyır. Sadəcə insanların toplandığı, danışdığı və ayrıldığı bir quruma bənzəyir. Heç bir problemi həll etmir, azad medianı qoruya bilmir və bu səbəbdən də formal bir quruma çevrilir”.
Qeyd edək ki, “Zerkalo” qəzeti Mətbuat Şurasının təsisçilər heyətindən çıxıb. Qəzetin baş redaktoru Elçin Şıxlı mətbuata açıqlamasında bildirib ki, belə bir qərarı Mətbuat Şurasının qəzetin düşdüyü ağır vəziyyətə biganə qaldığını üçün verib.
Nihadə Eyyubova
AzVision.az