“Türmədə yox, Qazaxdayam” – General DANIŞDI

“Türmədə yox, Qazaxdayam” – General DANIŞDI
  20 May 2014    Oxunub:1049
Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri, general-mayor Mahmud Həmzəyev 3 aylıq müddətə həbs olunması ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirib.
AzVision.az xəbər verir ki, Mahmud Həmzəyev AzNews.az-a açıqlamasında deyib ki, yayılan məlumat kökündən yalandır, o hazırda Qazax rayonunda istirahət edir: “Axmaq adamlardı, ağızlarına gələni yazırlar. Kimsə görür ki, qabağa gedə bilərəm, çıxıb belə məlumatlar yayır və mənə qarşı kompaniya aparır. Həbs olunan şəxs türmədə olar, mənsə türmədə yox, Qazaxdayam. Burada istirahət edirəm. Sabahsa Bakıya qayıdacam”.

O, bu məlumatların Müdafiə Nazirliyindən ötürüldüyünü ehtimal etdiyini söyləyib: “Mənim yenidən orduya qaytarılmağım məsələsi var idi. Yəqin, bu xəbər nazirlikdə məni istəməyənlərin qulağına çatıb. Hesab edirəm ki, belə məlumatlarla heç nə olası deyil. Çünki hamısı ağ yalandır. Ona görə də belə xəbərlərə baş qoşmuram”.

Qeyd edək ki, M.Həmzəyev 2009-cu ildə ordudan təxris olunub. Onun 66 yaşı var.

Məlumat üçün deyək ki, general-mayorun həbs xəbərini “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi yaymışdı. Məlumatda qeyd olunurdu ki, o Hərbi Prokurorluğun sanksiyası əsasında saxlanılıb və mayın 13-də Binəqədi rayon Məhkəməsinin qərarı həbs olunub.


Teqlər:





Xəbər lenti