“İsa Qəmbər buna məcburdur” - Sərdar Cəlaloğlu

“İsa Qəmbər buna məcburdur” - Sərdar Cəlaloğlu
  20 May 2014    Oxunub:1001
“İsa Qəmbərin sədrlikdən getməsi üçün qurultay bəhanə ola bilməz. Sadəcə olaraq Müsavat partiyası varisliyini saxlamaq üçün belə bir addım ata bilər”.

Bunu AzVision.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib.
Müsavatın qurultay məsələsinə toxunan ADP sədri hesab edir ki, vaxtın uzadılmasının əsas səbəbi Müsavatın əskiliyini qoruyub saxlamaqdır:
“Müsavat təsis olunarkən, özünü əski Müsavatın varisi elan edib. Bu o deməkdir ki, İsa Qəmbər bu yolu davam etdirməyə məcburdu. Yüz illik tarixi yaşatmaq məqsədi ilə Müsavat belə bir addım atır.

Qaldı ki, İsa Qəmbərin sədrlikdən getməsi, partiyanın nizamnaməsinə dəyişiklik edilməklə o, sədrlikdə qala bilər”.

Qeyd edək ki, Müsavat partiyası may ayının 24-də növbəti qurultayını keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH)- rəsmi müraciət edib. BŞİH-dən Müsavata müsbət cavab verilməsinə baxmayaraq, partiya qurultayın vaxtını uzadır.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti