AŞPA sədri Azərbaycana gəlir

AŞPA sədri Azərbaycana gəlir
  20 May 2014    Oxunub:1008
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri xanım Anna Brassör mayın 22-də Azərbaycana səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya AŞPA-nın mətbuat katibliyindən məlumat verilib.

Səfərdən məqsəd mayın 23-də AŞPA-nın Bakıda keçiriləcək Daimi Komitəsinin iclasında iştirak etməkdir.

AŞPA sədrinin səfər çərçivəsində bir sıra yüksək səviyyəli şəxslərlə görüşləri də nəzərdə tutulub.

O, mayın 22-də Azərbaycan prezidenti, baş naziri, xarici işlər naziri və Milli Məclisin sədri ilə görüşəcək.

Xanım Brassör mayın 23-də jurnalistlər üçün mətbuat konfransı da keçirəcək.


Teqlər:





Xəbər lenti