Döyüldüyü deyilən şagirdlə bağlı ekspertiza keçiriləcək

Döyüldüyü deyilən şagirdlə bağlı ekspertiza keçiriləcək
  20 May 2014    Oxunub:972
Bakıda 7 saylı İnternat Məktəbində döyüldüyü iddia olunan uşaqla bağlı ekspertiza təyin ediləcək.
Hadisəni araşdıran Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı Rasim Seyidov APA-ya açıqlamasında bildirib ki, Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Vahid Zaur oğlu Cavadovla psixoloqun iştirakı ilə görüşüb: “Həmin uşağın hər iki gözündə göyərmə faktı ilə bağlı ifadələr alınıb. Uşağın döyülməsi iddiasına keçiriləcək ekspertizanın nəticəsindən sonra aydınlıq gələcək. Lakin Vahid Cavadov və onun yanında olan şagirdlərin verdiyi ifadəyə görə, o ayaqyoluna gedəndə yıxılıb”.

Tədqiqatçı V. Cavadovun fotosunun sosial şəbəkələrdə müəllimlər tərəfindən yayıldığını bildirib: “Həmin görüntülər İnternat Məktəbin direktoru Afaqət Ələsgərova ilə problemi olan müəllimlər tərəfindən yayılıb”.

Tədqiqatçı, həmçinin qeyd edib ki, məktəb direktoru ifadəsində N. Cavdovun döyülmədiyini, bir qrup müəllim tərəfindən ona qarşı şər atıldığını qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağın döyülməsi ilə bağlı məlumat yayılıb.


Teqlər:  





Xəbər lenti