Bakıda qəza, xəsarət alan var

Bakıda  qəza, xəsarət alan var
  21 May 2014    Oxunub:813
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda "Great Wall" markalı minik avtomobili və "Shacman" markalı yük avtomobili toqquşublar.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Great Wall" markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.
Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

AzVision.az


Teqlər:





Xəbər lenti