Zakir Qaralovdan mühüm kadr dəyişikliyi

Zakir Qaralovdan mühüm kadr dəyişikliyi
  21 May 2014    Oxunub:1054
Azərbaycanın Baş Prokurorluğunda yeni təyinatlar olub.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Azvision.az-a verdiyi məlumata görə, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, üçüncü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tutduğu vəzifədən azad olunaraq Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi, Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Ramil Məcidov isə həmin idarənin rəisi vəzifələrinə təyin ediliblər.

Xatırladaq ki, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin sabiq rəisi Əzizağa Həsənov bu ilin yanvar ayında dünyasını dəyişib.

AzVision.az



Teqlər:  





Xəbər lenti