Deputatlar Soma üçün nə qədər pul yığdı?

Deputatlar Soma üçün nə qədər pul yığdı?
  21 May 2014    Oxunub:1404
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Somaya yardım kampaniyası davam edir.

Cəmiyyətdən AzVision.az-a verilən məlumata görə, indiyədək kampaniyaya 9821 AZN ( 12510 dollar) məbləğində vəsait yığılıb.

Qeyd edək ki, millət vəkili Nəriman Əliyev də Somaya yardım fonduna 1000 AZN pul köçürüb. Bununla da bugünə kimi cəmi 13 deputat kampaniyaya qoşulub.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, millət vəkili Novruzəli Aslanov yardım fonduna 500 AZN, Eldar Quliyev 1000 AZN, Azay Orucov 1000 AZN, Tahir Rzayev 200 AZN, Arif Əşrəfov 200 AZN, Nazim Fərəcov 200 AZN, Qənirə Paşayeva 1200 AZN, Adil Əliyev 780 AZN (1000 dollar), YAP-ın Siyasi Şurasının üzvü, deputat Eldar İbrahimov 78 AZN (100 dollar) və Milli Məclisin digər üzvü Malik Həsənov, 1000 AZN (1275 dollar) Fazil Mustafa 156 AZN (200 dollar), Ağacan Əbiyev isə 500 AZN (637 dollar) məbləğində vəsait köçürüb.

Kampaniyada iştirak etmək istəyən şəxslər 493-84-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Anar RÜSTƏMOV


Teqlər:





Xəbər lenti