Deputat Xocayanın ölümündən DANIŞDI

Deputat AzVision.az-a açıqlamasında deyib ki, ermənilər bunu azərbaycanlı əsirlər və girovlar üzərindəki vandalizmini pərdələməyə çalışırlar: “Erməni əsirin ölümü ilə bağlı bu gün kütləvi informasiya vasitələrində məlumat yayılanda dərhal bu faktın ermənilərin azərbaycanlılara qarşı mübarizə arsenalında necə istifadə olunacağını düşündüm və ehtimallarımız ermənilərin fəaliyyətində təəssüf olsun ki, həmişə doğru olub”.
Millət vəkili hesab edir ki, Mamikonun əsir düşmə şəraiti kifayət qədər mübahisələrə səbəb olub.
“Xatırlayırsınızsa belə qurbanlıq şəxslərin xüsusi terror qrupu, terror məqsədləri zamanı həmçinin buna bənzər başqa təyinatlarda istifadə olunduğundan danışılırdı və bizim xüsusi xidmət orqanlarımız da həmin şəxsi xüsusi nəzarətə götürmüşdülər ki, onun hər hansı obyektə, yaşayış massivinə zərbəsi dəyməsin.
Ermənilərin həyata keçirdikləri zəhərlənmə, insan əleyhinə cinayətlər Azərbaycan əsirləri və girovları üzərindəki vandalizmi, başqa əməllərini hər hansı bir şəkilə pərdələmək mümkün deyil. Ona görə də, belə demək mümkündürsə törətdikləri böyük milli cinayətlər fonunda bu hadisənin effekti, onun müxtəlif ekspertiza, sonradan təbliğatı, beynəlxalq məhkəməyə müraciət nəticə etibarı ilə Azərbaycana zərbə vurmağa imkan verməyəcək”.
Mirvari Nəcəf