Müəllimlər imtahan verəcək

Müəllimlər imtahan verəcək
  21 May 2014    Oxunub:2285
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri məktəblərinin müəllimləri üçün iyun ayında Sınaq Qiymətləndirilməsi keçiriləcək.
AzVision.az-a BŞTİ-dən verilən məlumata görə, Sınaq Qiymətləndirmənin məqsədi “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraqtəhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması, bu hədəfə nail olmaq üçün müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsini və ixtisasartırmada buna uyğun təlim-tədris proqramlarının seçiməsini təmin etmək, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni sistemin yaradılmasını təmin etməkdir.

Sınaq Qiymətləndirmə Bakı şəhərində 4 zona üzrə məktəblərdə aparılacaq.

İmtahanda ümumilikdə 357 məktəbin müəllimləri iştirak edəcək. Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdən 1620, Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərindən 592, BŞTİ-nin tabeliyində olan tam orta məktəblərdən 27007, BŞTİ-nin tabeliyində olan xüsusi gündüz ümumtəhsil məktəblərindən 815, BŞTİ-nin tabeliyində olan axşam qiyabi məktəblərindən 28, BŞTİ-nin tabeliyində olan islah əmək düşərgəsində axşam qiyabi məktəblərindən 10 nəfər müəllim iştirak edəcək.

Sınaq Qiymətləndirilməsində Bakı məktəblərində daimi müəllim vəzifəsini tutan müəllimlər, analıq məzuniyyəti yerinə müddətli müqavilə ilə işləyən müəllimlər (digər ümumtəhsil müəssisəsində müəllim işləyən əvəzçilər istisna olmaqla) iştirak edir.

Bu imtahanda məktəb direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar, uşaq birliyi rəhbərləri, sosial məzuniyyətdə olan və müvəqqəti əmək qabiliyyətini itirən müəllimlər iştirak etməyəcək.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti